...

Rusiya Azərbaycan və Ermənistanı atəşkəs rejiminin pozulmasından qaçmağa çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Dekabr 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr/ Trend , müxbir R.Novruzov/ Rusiya Azərbaycan və Ermənistanı atəşkəs rejiminin pozulmasından qaçmağa çağırır.

Münaqişə edən tərəflər belə vəziyyətləri həll etməlidirlər, - Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Ermənistan Silahlı Qüvvələrinin snayperləri tərəfindən Tərtər rayonunun Həsənqaya kəndində Azərbaycanın mülki vətəndaşını qətlə yetirməsini şərh edərkən, cümə axşamı jurnalistlərə bildirib.

Ermənistan Silahlı Qüvvələri snayperlərinin dekabrın 23 - də 23:00 - da açdığı atəş nəticəsində, atəşkəs xətti yaxınlığında mal - qaranı otaranAzərbaycan vətəndaşı 1954 - cü il təvəllüdlü Afiq Məmmədov qətlə yetirilib, - Trend -un regional müxbiri xəbər verir.

Məmmədovun cəsədi dekabrın 24 - də səhər tapılıb.

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedyev noyabrın 2 - də Moskvada Bəyannamə qəbul ediblər. Bəyannaməyə əsasən, tərəflər cəbhə xəttində atəşkəs rejiminə əməl etməyi öhdələrinə götürürlər.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti