...

Ermənistanın Azərbaycana siyasi və mədəni təcavüzünə qarşı ara vermədən mübarizə aparmaq lazımdı – mədəniyyət və turizm naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2009 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir C.Babayeva /  

Ermənistanın Azərbaycana siyasi və mədəni təcavüzünə qarşı bir gün də ara vermədən mübarizə aparmaq lazımdı, - bazar ertəsi 31 mart soyqırımına həsr olunmuş sərginin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Erməni təcavüzünə qarşı yalnız dövlət, qeyri-hökümət təşkilatları mübarizə aparmamalıdır. Azərbaycan ziyalıları və yaradıcı insanlar da bu mübarizədə fəal iştirak etməlidirlər", - nazir deyib.

Bu gün rəssam Vaqif Ucatayın 31 mart soyqırımı gününə həsr olunmuş sərginin açılışı olub. Sərgidə ermənilərin azərbaycanlılara qarşı törətdikləri zorakılıq faktlarını əks etdirən qrafik əsərlər nümayiş etdirilib.

Qarayev deyib ki, bir rəssamın soyqırımı əks etdirən rəsmləri bir çox sözlərdən daha təsirlidir. "Bu sərgidəki əsərlər beynəlxalq tədbirlərdə də nümayiş etdiriləcək", - nazir deyib.

Martın 31-i Azərbaycanda azərbaycanlıların Soyqırımı Günü qeyd edilir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar S.Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı İmperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olunublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixinin XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xulyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti