...

Azərbaycanın yeddi rayonunun azad edilməsi Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşmasına kömək edə bilər – Baş nazir Ərdoğan

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2009 13:30 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtonda rəsmi səfərdə olan Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Con Hobkins adına Universitetdə "Türkiyə XXI əsrdə: diplomatiya yolu ilə sülhün bərqərar edilməsi" mövzusunda çıxış edib. Universitetin zalında ABŞ və Türkiyə Parlamenti, diplomatik korpus, akademik dairələr və mətbuat nümayəndələri, eləcə də tələbələr daxil olmaqla 400-dən çox adam toplaşıb.
Azərbaycanın yeddi rayonunun azad edilməsi Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşmasına kömək edə bilər – Baş nazir Ərdoğan

ABŞ, Vaşınqton, 08 dekabr / Trend , müxbir K.Paşayeva/

ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtonda rəsmi səfərdə olan Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Con Hobkins adına Universitetdə "Türkiyə XXI əsrdə: diplomatiya yolu ilə sülhün bərqərar edilməsi" mövzusunda çıxış edib. Universitetin zalında ABŞ və Türkiyə Parlamenti, diplomatik korpus, akademik dairələr və mətbuat nümayəndələri, eləcə də tələbələr daxil olmaqla 400-dən çox adam toplaşıb.

Ərdoğan öz çıxışında Türkiyənin mükəmməl, çoxsahəli, dünyanın heç bir ölkəsi ilə düşmənçiliyi nəzərdə tutmayan və regionda ancaq sülh və təhlükəsizliyə yönəldilmiş xarici siyasəti olduğunu qeyd edib. O, "Türkiyənin dünyaya 360 dərəcəli bucaq altında baxmasını" və ölkənin qlobal əhəmiyyətini bir daha təsdiqləyərək, dövlətinin həm Qərb ölkələrinə, həm də Şərq ölkələrinə qarşı xarici siyasət kursunun dəyişdirilməsi barədə bəzi bəyanatları əsassız adlandırıb. Ərdoğan Türkiyənin Qərblə Şərq, Şimalla Cənub arasında körpü rolunu, eləcə də Avropa ilə Asiya mədəniyyətləri, adət-ənənələri və dinlərinin yaxınlaşması işindəki rolunu xüsusi qeyd edib.

Onun sözlərinə görə, Qərb ikili standartlara üstünlük verirsə, Şərqə olan münasibətində olduqca ehtiyyatlı olmalıdır, belə ki, hətta cüzi məqamlar belə bu işlərdə böyük zərərlər doğura bilər.

Ərdoğan Türkiyə-Amerika münasibətlərindən danışaraq qeyd edib ki, 2009-cu ilin yanvarından münasibətlər yüksək keyfiyyətli yeni səviyyəyə qədəm qoyub və o, münasibətləri strateji çərçivəyə daxil olan "tərəfdaşlıq modeli" kimi xarakterizə edib. Baş nazirin sözlərinə görə, Türkiyə və ABŞ-ın gündəliyində olan vahid məsələ - İraq, İran, Əfqanısatn, Pakistan, Xəzər regionu, Afrika və Cənubi Asiyada qlobal sülhün bərqərar olunması, o cümlədən terrorizm problemi, iqtisadi və maliyyə böhranı, enerji təhlükəsizliyi və digər problemlərlə bağlıdır.

Münasibətlərin normallaşdırılması və Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə zalın sualına cavab verərək Ərdoğan qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması və ilkin olaraq Azərbaycanın Dağlıq Qarabağ regionuna bitişik yeddi rayonunun (xüsusi statusla Kəlbəcər və Laçıçın da daxil olmaqla) azad edilməsi Ermənistan-Türkiyə əlaqələrinin yaxınlaşmasına kömək edə bilər. Baş nazirin sözlərinə görə, o, bu mövqeyini Prezident Barak Obama ilə görüş zamanı ifadə edib, daha öncə isə Pitsburqda Böyük yeddilik ilə görüşdə Rusiya Prezidenti Dmitri Medvedyevlə müzakirə edib.

Prezident Obamanın 1915-ci il hadisəsinə dair bəyanatna onun reaksiyası barədə suala cavab olaraq Ərdoğan bildirib ki, 2005-ci ildə Ermənistanın sabiq prezidenti Robert Koçaryana ünvanladığı məktubunda öz həmkarını bu məsələni siyasiləşdirməməyə və tarixi arxivləri açmağa dəvət edib. Lakin Ermənistan tərəfi erməni diasporunun təzyiqləri altında bu təklifi qəbul etməyib. Ərdoğan vurğulayıb ki, tarixi araşdırmadan vürilən hər hansı bir bəyanat əsassızdır.

Xəbər lenti

Xəbər lenti