...

Son iki ildə Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ məsələsində daha fəaldırlar – Əli Həsənov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2010 14:08 (UTC +04:00)
Son iki ildə Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ məsələsində daha fəaldırlar. Bu barədə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Son iki ildə Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ məsələsində daha fəaldırlar – Əli Həsənov

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir E.Tariverdiyeva/

Son iki ildə Rusiya, ABŞ Fransa Dağlıq Qarabağ məsələsində daha fəaldırlar. Bu barədə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Lakin, onun sözlərinə görə, Yerevana kifayət qədər təzyiq göstərilmir. "Təzyiq göstərilmədən Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardakı qeyri-konstruktiv mövqeyindən çəkindirməyə məcbur etmək çətindir", - Həsənov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti