...

Rusiya xarici işlər nazirinin müavini Türkiyə XİN rəhbərinin birinci müavini ilə məsləhətləşmələr aparıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2010 12:25 (UTC +04:00)
Rusiyanın xarici işlər nazirinin müavini Andrey Denisov Türkiyə xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu ilə məsləhətləşmələr aparıb, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.
Rusiya xarici işlər nazirinin müavini Türkiyə XİN rəhbərinin birinci müavini ilə məsləhətləşmələr aparıb

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Denisov Türkiyə xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu ilə məsləhətləşmələr aparıb, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

Məsləhətləşmələr zamanı Cənubi Qafqazda vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, İraqYaxın Şərq də daxil olmaqla, bir sıra beynəlxalq və regional problemlərə, həmçinin İranın nüvə proqramı ətrafında hadisələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

"Rusiya-Türkiyə XİN-lərarası məsləhətləşmələr proqramına uyğun olaraq. martın 5-də Moskvada Rusiya xarici işlər nazirinin birinci müavini Denisov ilə Türkiyənin xarici işlər nazirinin birinci müavini Sinirlioğlu arasında məsləhətləşmələr aparılıb", - Rusiya XİN-in rəsmi saytı bildirir.

Tərəflər Rusiya-Türkiyə qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd ediblər, bu əlaqələrin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti