...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini beş istiqamətdə pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2010 09:52 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini beş istiqamətdə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini beş istiqamətdə pozub

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-də saat 11:00-dan 11:30-dək və 16:20-dən 16:25-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15:50-dən 16:10-dək, 16:20-dən 16:30-dək və 21:15-dən 21:20-dək Füzuli rayonunun Aşağı Əbdulrəhmanlı, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:50-dən 17:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:15-dən 23:40-dək və oktyabrın 21-də saat 00:30-dan 01:10-dək, 05:05-dən 05:15-dək Tərtər rayonunun Çaylı və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:55-dən 02:10-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti