...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Sentyabr 2011 09:47 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də saat 20.20-dən 20.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi;

- saat 21.50-dən 22.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 22.00-dan 22.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 15.50-dən 16.05-dək, sentyabrın 14-də saat 03.50-dən 04.00-dək, 04.05-dən 04.10-dək, 05.10-dan 05.15-dək və 05.10-dan 05.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz, Aşağı Əbdülrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 03.50-dən 04.00-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti