...

İtaliyanın müdafiə naziri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması strateji əhəmiyyətə malikdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2012 14:11 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təkcə region üçün deyil, həm də ümumilikdə Avropanın təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir.
İtaliyanın müdafiə naziri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması strateji əhəmiyyətə malikdir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması təkcə region üçün deyil, həm də ümumilikdə Avropanın təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir. Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın müdafiə naziri Kampaolo Di Paolo Yerevanda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İtaliya bu münaqişənin nizamlanmasına böyük önəm verir. Nazir xatırladıb ki, İtaliya ATƏT-in Minsk qrupunun üzvüdür.

İtaliyalı nazir münaqişə tərəflərini etimada əsaslanmış münasibətlər qurmağa, bütün xalqların rifahı və çiçəklənməsi naminə Helsinki yekun aktına sadiq qalmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti