...

Minsk qrupunun həmsədrlərinin iştirakı ilə təmas xəttində iki gün monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2013 10:06 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 4-də Azərbaycanın Tərtər rayonunun Tərtər-Ağdərə yolu və aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Minsk qrupunun həmsədrlərinin iştirakı ilə təmas xəttində iki gün monitorinq keçiriləcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 4-də Azərbaycanın Tərtər rayonunun Tərtər-Ağdərə yolu və aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov və ofisin maliyyə administrasiyasının rəhbəri Conattan Ferrabi keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 4 aprel tarixdə təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə, 5 aprel tarixdə isə təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçməyi planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti