...

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2014 21:19 (UTC +04:00)
İyulun 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

Azərbaycan, Bakı, 21 iyul /Trend/

İyulun 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşüb.

Trend-in AzərTAc Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Əli Həsənov Deniz Durana Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlıların taleyi ilə bağlı bu günə qədər heç bir məlumatın olmamasından Azərbaycan tərəfinin narahatlığını çatdırıb. Bildirib ki, bütün bu məsələlər ilk gündən Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

Görüşdə bildirilib ki, həmin şəxslər öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərdir. Bu insanların oraya getmələrinə səbəb həmin insanların Vətən həsrəti və eyni zamanda, öz doğmalarının məzarlarını ziyarət etmələridir. Bu şəxslər sərhədləri BMT tərəfindən tanınan Azərbaycanın ərazisində işğalçı qüvvələr tərəfindən girov götürülüblər. Onlar heç bir sərhəd pozuntusuna yol verməyiblər və heç bir beynəlxalq hüquq normasını və prinsiplərini pozmayıblar. Lakin bütün bunlara baxmayaraq, Ermənistan tərəfi həmin şəxslər haqqında həqiqətə uyğun olmayan müxtəlif fikirlər səsləndirir və onların üzərinə diversant və cinayətkar qrup adı kimi ləkələr yaxaraq onlara münasibətdə "müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında" 1949-cu il Cenevrə Konvensiyasından irəli gələn müddəaları tətbiq etməkdən boyun qaçırırlar.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqovun da iştirak etdiyi görüşdə girov götürülmüş şəxslərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyi diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti