...

Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsini həll etmək istəsin, bir həftə ərzində bu problem həllini tapar - Çavuşoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2016 01:20 (UTC +04:00)

Bakı. Trend:

Minsk üçlüyü nə işə yarayır? Bu gün Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsini həll etmək istəsin, bir həftə ərzində bu problem həllini tapar.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Əlbəttə, hər zaman qardaş Azərbaycanın yanındayıq. Hər zaman, hansı mövzuda bizə ehtiyac yaranarsa, biz Azərbaycanın yanındayıq", - deyə Çavuşoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti