...

Rusiya XİN-dən aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2017 17:34 (UTC +04:00)
“Ümid edirik ki, tərəflər danışıqlar masası arxasına keçəcək və davamlı nizamlanmaya nail olumasına istiqamətlənmiş dialoqu bərpa edəcəklər”.
Rusiya XİN-dən aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat

Bakı. Elmira Tariverdiyeva - Trend:

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq təşkilatlar tərəfindən ötən ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində qeydə alınan gərginlikdən sonra bölgədə vəziyyətin sabitləşməsi üçün fəal səylər göstərilib.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Bu istiqamətdə işin davam etdirildiyini bildirən M.Zaxarova əlavə edib: “Ümid edirik ki, tərəflər danışıqlar masası arxasına keçəcək və davamlı nizamlanmaya nail olumasına istiqamətlənmiş dialoqu bərpa edəcəklər”.

Onun sözlərinə görə, Minsk qrupu və digər vasitəçilər tərəflərə danışıqlar prosesinə qayıtmağa kömək etmək üçün əllərindən gələni ediblər: "O cümlədən, 2016-cı ildə Vyana və Sabkt-Peterburq görüşləri bu mövzuya həsr olunmuşdu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti