...

Senatın sədr müavini: Ermənistan BMT qətnamələrini icra etməyənə qədər Pakistan onu dövlət kimi tanımayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2017 14:56 (UTC +04:00)
Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və Ermənistanı dövlət kimi tanımaqdan imtina edir.
Senatın sədr müavini: Ermənistan BMT qətnamələrini icra etməyənə qədər Pakistan onu dövlət kimi tanımayacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və Ermənistanı dövlət kimi tanımaqdan imtina edir.

Trend-in məlumatına görə, bunu Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə qətnamələrini icra etməyənə qədər Pakistan öz fikrində qalacaq: “Çünki Pakistan Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti