Noyabrın 18-də cəbhə xəttində atəşkəs pozulub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Saat 13.25-dən 13.45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun Borsunlu kəndinin 3,7 km. şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub.
Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.