...

Qoşunların təmas xəttində monitoinq insidentsiz keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2006 14:50 (UTC +04:00)

Mayın 11-də ATƏT-in hazırkı sədrinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Aşağı Əskipara yaxınlığındakı qoşunların təmas xəttində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oleksandr Samarski, İmre Palatinus və Piter Ki keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Harri Eronen və Jiri Aberle keçirib.

Xəbər lenti

Xəbər lenti