...

Fizuli rayonunda keçirilən monitorinq zamanı insident baş verməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2007 15:16 (UTC +04:00)

Fevralın 14-də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mandatına əsasən Fizuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında Azərbaycanın Xocavənd rayonu ilə sərhəddə Azərbaycan və Ermənistan SQ-nın təmas xəttində keçirilən monitorinq zamanı insident baş verməyib.

Monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin səhra köməkçiləri Qyunter Folk və Miroslav Vimetal keçirib.

Təmas xəttinin qarşı tərəfində keçirilən monitorinqdə isə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin səhra köməkçiləri Jaslan Nurtazin və İmre Palatinus iştirak edib.

Xəbər lenti

Xəbər lenti