...

Rumıniya Dağlıq Qarabağın müstəqillyini tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2007 12:17 (UTC +04:00)
Rumıniya Dağlıq Qarabağın müstəqillyini tanımır

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Rumıniya Dağlıq Qarabağın müstəqilliyini və iyulun 19-da Dağlıq Qarabağda keçirilən "prezident seçikləri"nin legitimliyini tanımır. Bu barədə Rusiya XİN-in yaydığı xəbərdə bildirilir.

"Dağlıq Qarabağdakı "prezident seçkiləri" Azərbaycandakı münaqişənin sülh yolu ilə nizamlanmasına təsir göstərməməlidir" - deyə sənəddə vurğulanıb.

Xəbərdə qeyd olunur ki, qaçqınlar öz yurd-yuvalarına dönməlidirlər və onların təhlükəsizliyi təmin edilməlidir ki, seçkilərdə iştirak edə bilsinlər.

Rumıniya XİN bir daha ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin Qarabağ nizamlanmasının həllindəki fəaliyyətinə dəstəyini ifadə edir, habelə tərəflərin sülh danışıqlarına meylini alqışlayır.

İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altınndadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və hələlik ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti