...

Böyük Britaniya höküməti Sunvil Discovery turizm agentliyi vasitəsilə Dağlıq Qarabağa getməmək barədə vətəndaşlarına müraciət edib – nazir

Siyasət Materials 14 Dekabr 2007 22:45 (UTC +04:00)
Böyük Britaniya höküməti Sunvil Discovery turizm agentliyi vasitəsilə Dağlıq Qarabağa getməmək barədə vətəndaşlarına müraciət edib – nazir

Azərbaycan, Bakı / müxbir Trend K.Ramazanova Böyük Britaniya höküməti öz vətəndaşlarına müraciət edərək Sunvil Discovery turizm agentliyinin Dağlıq Qarabağa təşkil etdiyi səyahətlərə getməmək barədə məlumat yayıb. Bu barədə cümə günü jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xəbər verib. Londonun turizm operatoru Sunvil Discovery britaniyanın turistlərinə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağa 10 günlük səyahət təklif edir. Səyahətin qiyməti, uçuşu, biletləri və kiçik xərcləri nəzərə almaqla - 1627 funt sterlinqdir. Sunvil həmçinin bu marşrut üzrə fərdi səfərlər də təşkil edir.

"Azərbaycanın Böyük Britaniyadakı səfiri xarici işlər nazirliyində görüşlər keçirib və bu məsələni müzakirə edib", - deyə nazir vurğulayıb.

Məmmədyarovun sözlərinə görə, bu növbəti dəfə Britaniyanın Azərbaycanın ərazi bütövlüyünün tanımasını sübut edir.

Cənubi Qafqaz olkələri arasında munaqisə1988-ci ildə Ermənistanın Azərbaycana qarsı ərazi iddiası irəli surməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yeni Daglıq Qarabag ərazisi və bu əraziyə bitisik 7 rayon Ermənistan Silahlı Quvvələrinin isgalı altındadır. 1994-cu ildə tərəflər atəskəs rejiminə dair razılasma əldı ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABS-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sulh danısıqları aparılır.

Xəbər lenti

Xəbər lenti