...

Azərbaycan Türkmənistandan Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində konstruktiv mövqe gözləyir -XİN-in mətbuat katibi

Siyasət Materials 21 Yanvar 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan Türkmənistandan Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində konstruktiv mövqe gözləyir.

Biz ümid edirik ki, Aşqabad Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində daha konstruktiv mövqe tutacaq. Bundan sonra bu məsələdə ciddi irləliləyişlər gözləmək olar", - bazar ertəsi Azərbaycan XİN-nin mətubat katibi Xəzər İbrahim bildirib.

Onun sözlərinə görə, ötən həftə iki hökumət arasında Aşqabadda keçirilən danışıqlardan sonra, türkmən tərəfdən müsbət addımların atılacağı ehtimalı artıb.

İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın birinci iclasında iştirak etmək üçün Azərbaycanın hökumət nümayəndə heyətinin Türkmənistana səfəri zamanı tərəflər Xəzər problemində mövqelərin yaxınlaşdırlması məsələsi üzrə də fikir mübadiləsi aparıblar.

İbrahim dənizin statusu ilə bağlı mövqelərin yaxınlaşmasının ümumilikdə ikitərəfli əməkdaşlığın sonrakı inkişafı üçün vacib rol oynayacağını bildirib.

Tərəflər arasında fikir ayrılıqları, əsasən, Xəzərdəki mübahisəli yataqlar və dəniz sərhəd xətlərinin müəyyənləşdirilməsinə görə kəskinləşib.

Sahilyanı dövlətlər 2003-cü ilin noyabrında Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası imzalayıblar. 1998-ci ilin iyulunda təbii ehtiyatlardan suveren hüquqlarla istifadənin həyata keçirilməsi üçün, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin şimal hissəsinin dibinin bölüməsi haqqında müqavilə, 2002-ci ilin mayında isə, Müqaviləyə protokol imzalanıb. 2001-ci ilin noyabrın 29-da və 2003-cü ilin fevralın 27-də Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan və Qazaxıstan arasında müqavilə və ona protokol imzalanıb. Bundan əlavə, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin qonşu sahələrinin sərhədlərinin toqquşma nöqtəsi haqqında müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti