...

Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanacaq – ATƏT-in sədri (video)

Siyasət Materials 28 Fevral 2008 12:59 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanacaq – ATƏT-in sədri (video)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.Ağayeva / Finlandiyanın XİN başçısı Bakını əmin edib ki, Dağlıq Qarabağ ətrafında münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanacaq. Bu barədə Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdən sonra jurnalistlərə ATƏT-in fəaliyyətdə olan sədri, Finladiyanın xarici işlər naziri İlkka Kanerva bildirib.

Onun sözlərinə görə, ATƏT, Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dəstək göstərməyi davam etdirəcək. Bu, ATƏT-in fəaliyyətinin prioritetidir. "Azərbaycan və Ermənistan rəhbərliklərinin danışıqları davam etdirmək istəməsi sevindiricidir, danışıqların nəticələri ATƏT tərəfindən mütləq dəstəklənəcək" - deyə fəaliyyətdə olan sədr bildirib. O, tezliklə nəticələrin əldə olunması üçün danışıqlar prosesinin sürətləndirilməsinin mühüm olduğunu qeyd edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti