...

Azərbaycandakı qaçqın və məcburi köçkün gənclər İlham Əliyevə dəstək məqsədi ilə birləşir

Siyasət Materials 22 Aprel 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir C.Babayeva/ Azərbaycandakı qaçqın və məcburi köçkün gənclər prezident seçkilərində İlham Əliyevə dəstək məqsədi ilə birləşəcək. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Azərbaycan Qaçqın və məcburi köçkün gənclər təşkilatının sədri, Azərbaycan Prezidenti yanında QNT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov məlumat verib.

"Qarabağla bağlı danışıqlarda İlham Əliyevin qətiyyətli mövqeyi bütün qaçqın və məcburi köçkünlər tərəfindən razılıqla qarşılanır və qaçqın və məcburi köçkün gənclər daim onun yanındadırlar" deyə Qədirov bildirib.

Azərbaycanda prezident seskisi oktyabrın 15-də keçiriləcək. Müxalifət düşərgəsindən Müsavat Partiyasının sədri İsa Qəmbər, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi irəli sürülüb. Azərbaycanın Yaşıllar Partiyası sədr Mais Güləliyevin prezidentliyə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası seskidə partiyanın sədri, hazırkı prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib.

Qədirov deyib ki, prezident seçkilərinə rəsmən start verilən kimi "Qarabağa İlhamla" seçki hərəkatı təsis olunacaq. Seçki hərəkatının təsis olunması ilə bağlı QHT-lərlə ilkin razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti