...

Azərbaycan Ədliyyə Nazirliyi seçki mərkəzinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edib

Siyasət Materials 30 Aprel 2008 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyi Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edib.

SMM-dən çərşənbə günü verilən məlumata görə, nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsi Xətai rayon məhkəməsinə müraciət edərək təşkilatın qeydiyyatının etibarsız hesab edilməsi və ləğv olunması üçün müraciət edib. Mayın 5-də iddia ilə bağlı hazırlıq iclası keçiriləcək.

SMM ilk dəfə 14 mart 2006-cı ildə qeydiyyata alınması üçün təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Nazirliyin müvafiq idarəsi texniki bəhanələr gətirərək təsis sənədlərini qeydiyyata almayıb və SMM-in dövlət qeydiyyatına alınmaq üçün müraciətindən 5 dəfə imtina olunub.

Bu ilin fevralında isə SMM dövlət qeydiyyatına alınıb.

Nazirlik SMM-in qeydiyyatının ləğvi barədə iddiasını təşkilatın təsis sənədlərində təsisçilər barəsindəki məlumatların qeyri-müəyyən olması, təşkilatın hüquqi ünvanının dəyişdirilməsi barədə məlumatın nazirliyə bildirilməməsi, SMM-in Azərbaycanın 8 şəhərində yerləşən nümayəndəlikləri barədə məlumatların dövlət reyestrinə daxil edilməməsi ilə əsaslandırıb.

Təşkilatın həmtəsisçisi Anar Məmmədli bildirib ki, Ədliyyə Nazirliyinin göstərdiyi məsələlər SMM-in qeydiyyatının etibarsız hesab edilməsi və ləğv edilməsi üçün əsas ola bilməz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti