Azərbaycan, Bakı, 01 may/ Trend / Prezident İlham Əliyev cümə axşamı İnterfaks-Azərbaycan" informasiya agentliyinin yaradılmasının beş illik yubileyi münasibətilə agentliyin kollektivini təbrik edib. Təbrikdə deyilir ki, "İnterfaks-Azərbaycan" agentliyi ölkəmiz haqqında obyektiv informasiya almaq üçün etibarlı, sınaqdan çıxmış mənbəyə çevrilib. "İnterfaks-Azərbaycan"ın kollektivinə xas olan yüksək peşəkarlıq, hadisələrə qiymət verilməsində qərəzsizlik ona ölkəmiz haqqında düzgün informasiyanın yayılması ilə bağlı mühüm vəzifələri reallaşdırmağa kömək edir.