...

Müasir siyasətdə enerji şantajı anlayışından daha tez-tez istifadə olunur – Viktor Yuşşenko

Siyasət Materials 23 May 2008 16:14 (UTC +04:00)

Ukrayna, Kiyev, 23 may/ Trend , müxbir Z.Novosvitski/ Müasir dünyada enerji şantajı kimi anlayışdan getdikcə daha tez-tez istifadə olunur. Bu barədə Ukrayna prezidenti Viktor Yuşşenko bu gün, Kiyevdə Enerji Sammitinin açılışı zamanı nitqində bildirib.

"Enerji təzyiqinə nümunələr demək olar ki, dünya həyatının daimi təzahürü olub, - Yuşşenko bildirib. Avroasiya məkanındakı tendensiyalar bizi birgə planlaşdırılmış hərəkətlərə məcbur edir. Bu hərəkətlər enerji təhlükəsizliyi sahəsində təhdidlərə və çağırışlara qarşı durmalıdır".

Bundna əlavə, Yuşşenko müzakirələr üçün dörd məsələ təklif edib: birinci - xüsusilə Odessa-Brodı neft kəmərinin bazasında Avrasiya neft nəqliyyatı dəhlizi layihəsinin reallaşdırılmasının gedişinə dair əvvəlki sammitdə nail olunmuş razılıqların yerinə yetirilməsi haqqında; ikinci - enerji təhlükəsizliyi sahəsində milli strategiya və layihələr; üçüncü - Baltik-Qara dəniz-Xəzər energetika məkanının yaradılması məsələsi; dördüncü - enerji təhlükəsizliyi sahəsində Aİ-nin siyasəti.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti