...

Gürcüstan XDH-nin lideri Acarıstanda keçirilmiş seçkilərin demokratiklik səviyyəsindən narazıdır

Siyasət Materials 4 Noyabr 2008 16:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Xristian -Demokrat Hərəkatının (XDH) lideri Girogi Tarqamadze Acarıstanda Ali Şuraya (AŞ) keçirilmiş seçkiləri "demokratiya standartlarından uzaq" hesab edir. "Seçkiqabağı dövr qeyri-bərabər şəraitdə keçib, seçicilərə, komissiya üzvlərinə təzyiq, onlara rüşvət təklif edilməsi faktları olub", - XDH - nin lideri Batumidə brifinqdə bildirib.

Bu partiya Acarıstan AŞ-a keçirilmiş seçkilərdə hakim VMH partiyasından xeyli geri qalaraq, ikinci yeri tutub. Qalib 28 faiz, XDH 14,7 faiz səs toplayıb. Acarıstan Ali Şurasında XDH - nin təxminən iki  - üç mandatı olacaq. "Əvvəlki seçkilərlə müqayisədə göstəricilərimizi iki dəfə artırsaq da, planlaşdırılan göstəriciyə çıxa bilmədik", - Tarqamadze bildirib.

O, "hakimiyyətin təzyiqinə dözə bilmiş" komissiya üzvlərinə, seçicilərə və müşahidəçilərə minnətdarlığını bildirib. "Biz bir neçə məntəqədə seçkilərin nəticələrini qəbul etməmək və ola bilsin, dairələrdə seçkilərin nəticələrinin ləğvinə nail olmaq niyyətindəyik", - Tarqamadze bildirib və Acarıstanın Xelvaçaur və Şuaxev rayonlarında Seçki Qanununun xüsusilə tez - tez pozulduğunu vurğulayıb. "XDH AŞ -d a yeganə müxalifət partiyası olacaq və biz bütün respublika əhalisi uğrunda mübarizə aparacağıq", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti