...

Bakıda Pakistan vətəndaşı polislər tərəfindən saxlanılıb

Siyasət Materials 2 Dekabr 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir S.Kazımlı / Bakıda Pakistan vətəndaşı polislər tərəfindən saxlanılıb. Polislər onu fotoaparatla Bakıdakı mehmanxanaların birinin şəklinin çəkdiyi üçün polis bölməsinə aparıblar. Bu barədə Yasamal rayon Polis İdarəsinin (RPİ) 27-ci polis bölməsindən çərşənbə günü Trend -a məlumat verilib.

Polis bölməsindən bildiriblər ki, dekabrın 1-də saat 15:00 radələrində Pakistan vətəndaşı İbrahim Vaqar İzmir küçəsində yerləşən "Hyatt Recense" mehmanxanasının şəklini çəkdiyi üçün polislər tərəfindən saxlanılıb. Əcnəbi vətəndaş polis bölməsində izahat alındıqdan və profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı Yasamal RPİ-nin 27-ci polis bölməsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti