...

İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqın təbrik edib

Siyasət Materials 5 Dekabr 2008 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqın təbrik edib.

Təbrikdə deyilir ki, Mübarək Qurban bayramı müsəlmanların Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarını, onların mənəvi - əxlaqi dəyərlərə sadiqliyini, humanizm və qardaşlıq duyğularını təcəssüm etdirir. "Cəmiyyətimizdə milli - mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban mərasimləri hər il Azərbaycanda böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir", - deyə təbrikdə qeyd olunub.

Təbrikdə bildirilib ki, dövlətimizin inkişafı, xalqımızın rifahı və əmin - amanlığı üçün dualar oxunur, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti