...

Azərbaycanın müxalifət partiyasının lideri quruma yeni sədrin seçilməməsinin səbəbini açıqlayıb

Siyasət Materials 16 Dekabr 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalifət

partiyasının qurultayının yubanmasının əsas səbəbi sədr vəzifəsinə seçiləcək namizədin indiyədək müəyyənləşdirilməməsi ilə bağlıdır.

"Mən partiya sədri vəzifəsinə kimin seçilib-seçilməy?c?yi məsələsinə qarışmıram. Amma lider kimi təklif etmişəm ki, sədrliyə namizədi öz aralarında müəyyənləşdirsinlər", - çərşənbə axşamı Trend -a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.

Trend -ın arayışı: AMİP-in keçmiş sədri Ayaz Rüstəmov 2007-ci ilin sonunda vəzifəsindən istefa verib. AMİP-in yeni sədrinin seçilməsi üçün partiyanın fövqəladə qurultayı keçirilməlidir. Sədrliyə üç nəfər - partiyanın Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov, Goranboy rayon təşkilatının sədri Fəqan Məhərrəmli və AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov iddia edir.

Onun sözlərinə görə, sədrliyə namizəd müəyyənləşdirildikd?n sonra həmin şəxsin bu vəzifəyə layiq olub-olmaması barədə fikir söyləyə bilər.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda dövlət qeydiyyatına alınan ilk partiyadır. Etibar Məmmədov 2004-cü ilin sonunda sədrlikdən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Qliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman üzvlərin bir qismi AMİP-dən gedib. Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti