...

Gürcüstanın Vahid Komunist Partiyasının sədri vəfat edib

Siyasət Materials 3 Mart 2009 17:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 mart / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanın Vahid Kommunist Partiyasının sədri Panteleymon Georqadze ömrünün 83-ci ilində vəfat edib.

"Georqadze dünən səhər öz evində dünyasını dəyişib", - "Ümid" siyasi birliyinin lideri İrina Sarişvili Trend -ə məlumatında bildirib.

Onun ölümünə səbəb kimi insult ehtimal olunur. Georqadzenin dəfn mərasimi şənbə günü həyata keçiriləcək. 1995-ci il avqustun 29-da Gürcüstan prezidentinə qarşı sui-qəsdin təşkil edilməsinə görə təqsirləndirilərək axtarışda olan İqor Georqadzenin atasının dəfn mərasiminə gəlməsi istisna edilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti