...

Gürcüstanın müdafiə naziri kadr dəyişiklikləri barədə danışıb

Siyasət Materials 5 Mart 2009 18:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 mart / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün Gürcüstanın müdafiə naziri Vasili Sixarulidze birinci müavinini və Silahlı Qüvvələrin Birləşmiş Qərargah (BQ) rəisini təqdim edib. 

Nazirin sözlərinə görə, birinci müavin vəzifəsini Silahlı Qüvvələrin keçmiş Qərargah rəisi Vladimir Çaçibaya tutacaq. Onu isə əvvəl tutduğu vəzifədə general-mayor Devi Çankotadze əvəzləyəcək.

Nazir Çankotadzenin artileriyaya rəhbərlik etdiyi dövrdə Gürcüstan-Rusiya münaqişəsi zamanı göstərdiyi xidmətləri xüsusi ilə qeyd edib. 

Gürcüstan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi Çaçibaya vəzifəsini təyinatından dörd ay sonra tərk edib.

Çaçibayanın mümkün istefası barədə söz-söhbətlər son həftə ərzində yayılsa da, Gürcüstan müdafiə nazirliyi bunları həqiqətə uyğun olmayan şayiə adlandırırdı. Gürcüstan mətbuatının məlumatına əsasən, Çaçibayanın narazılığına səbəb müdafiə nazirinin müavini, cəzaçəkmə üzrə departamentin keçmiş rəisi Baço Axalayanın BQ-nin işlərinə müdaxiləsi olub. 

Müdafiə nazirinin müavini vəzifəsində Axalaya BQ-nin bir sıra sahələrni nəzaətdə saxlayır. Müavin vəzifəsinə 2008-ci ilin dekabr ayında təyin olunan Axalaya daxili işlər naziri Vano Merabişvilinin ən yaxın adamı hesab olunur.

Məqalə müəllifi ilə əlaqə ünvnı: [email protected]

Xəbər lenti

Xəbər lenti