...

29 mart bələdiyyə seçkiləri Türkiyənin keçmişi və gələcəyi arasında seçim günüdür -Trend News-un icmalçısı

Siyasət Materials 29 Mart 2009 09:20 (UTC +04:00)
29 mart bələdiyyə seçkiləri Türkiyənin keçmişi və gələcəyi arasında seçim günüdür -Trend News-un icmalçısı

Rufiz Hafizoglu, Trend -un Yaxın Şərq redaksiyasının rəhbəri

Türkiyə yeni bələdiyyə seçkilərinə martın 29 - u start veriləcək. Bir çox ölkələrdən fərqli olaraq Türkiyədə bələdiyyə seçkiləri sözün əsl mənasında siyasi partiyaların döyüş meydanına çevrilir. Çünki, bələdiyyə seçkilərinin nəticəsi hansı siyasi partiyanın xalqa daha yaxın olmasını göstəricisidir. Elə bu səbəbdən də , bələdiyyə seçkiləri uğrunda üç əsas siyasi partiya, hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) mübarizə aparır.

Heç şübhəsiz ki, bu dəfə ki bələdiyyə seçkiləri daha əvvəl ki illərdəki seçkilərdən daha fərqli və daha gərgin mühitdə keçəcək. Çünki seçkidə kimin qalib gəlməsi artıq siyasi və ictimai cəhətdən qütbləşmiş ölkənin kimin tərəfindən idarə ediləcəyinə və bir başa gələcək siyasətinə təsir edəcək.

Hazır ki hakim Ədalət və İnkişaf Partiyası (AKP) 2002 ci ildə hakimiyyətə gəlməsi və 2007-ci ildə prezident seçkisində məhz AKP dən olan namizədin prezident seçilməsi keçmiş siyasi elita olan müxalifət partiyalarını əsaslı şəkildə düşünməyə vadar etdi. AKP - nin seçkilərdə qalib gəlməsinin əsas səbəblərindən biri, də xalqın etimadını doğrultması idi. Təbii ki hakimiyyətə gəldikdən sonra, AKP xalqın etimadını daha da qazanmaq üçün və partiyanın insanı dəyərlərə önəm verdiyini göstərmək üçün müəyyən addımlar atmalı idi. Məhz bu addımlardan biri də bir zamanlar sadəcə küçə nümayişləri səviyyəsində keçirilən baş örtüsü qadağasının parlamentdə müzakirəsi oldu. Bu müxalifət üçün sözün əsl mənasında sürpriz idi.

Parlamentdə baş örtüsünə olan qadağanın ortadan qaldırılmasının lehinə səs verilsə də, ölkənin konstitusiya məhkəməsi parlamentin və prezidentin təsdiq etdiyi bu qərarı ləğv etdi. Bu baş örtü problemini insan haqları çərçivəsində həll etmək istəyən AKP üçün gözlənilməz oldu. Parlamentin səs çoxluğu ilə qəbul etdiyi qərarın ləğv edilməsinin məntiqi ardıcıllığı kimi keçmiş siyasi elita yeni rəqib elitanı islamçılıqda və dövlətçilik prinsiplərinə zidd fəaliyyətdə ittiham edərək AKP nin bağlanılması tələbinin irəli sürdü . Bu dəfə də Konstitusiya məhkəməsinin müxalifətin xeyrinə qərar verəcəyi gözlənilsə də, məhkəmənin qərarı müxalifət üçün bir o qədər də ürək açan olmadı. Konstitusiya məhkəməsi AKP yə dövlət xəzinəsi tərəfindən maddi yardımın ayrılmasına qadağa qoydu. Bir çoxları bu qərardan sonra AKP- nin qismən də olsa zəifləməsini düşünürdü. Əksinə bu partiyanın daha da güclənməsi ilə nəticələndi.  

Konstitusiya məhkəməsinin qərarından sonra Türkiyənin keçmiş AKP- li millət vəkili Trend -a verdiyi müsahibədə AKP- nin iki milyon yarım üzvə və güclü maddi dəstəyə sahib olduğunu və Dövlət xəzinəsinin ayrılan vəsaitin azaldılmasının partiyanın gələcək fəaliyyətinə əsla təsir etməyəcəyini bildirdi.

AKP bu mübarizədən qalib çıxmışdı ən əsası isə partiya buraxdığı "siyasi səhvləri" bildi və bu "səhvləri" düzəltmək üçün yetərincə vaxt ələdə etdi.

Müxalifətə isə yeni elitadan sürpriz gözləmək qalırdı. Çox çəkmədi ki, AKP siyasi rəqiblərinə ikinci daha böyük və gözlənilməz sürprizini etdi.

Prezident Gülün futbol sevgisi ilə bünövrəsi qoyulan Türkiyə-Ermənistan münasibətləri nə müxalifətin nə də xalqın gözündən yayına bilərdi.

Hakimiyyətin Ermənistanla münasibətlərinin normallaşdırması istəyi və ölkədə baş verən inflyasiya AKP imiciniz zəifləməsi və ana müxalifətin aktivləşməsi ilə nəticələndi.  İqtidarın seçkidən əvvəlki nüfuzunu bərpa etmək üçün Baş Nazir  Rəcəb Tayyip Ərdoğanın müxalifət liderləri ilə tutarlı debatların belə heç bir təsiri olmadı.

İsrailin Qəzzədə keçirdikləri hərbi əməliyyatlara kəskin reaksiya verməklə daha sonra isə Davos forumunda Şimon Peres ilə Ərdoğanın tarixi debatı AKP - nın ölkə daxilində nüfuzunun artması ilə nəticələndi. Davos fatihi Ərdoğan vətənə qəhrəman kimi qayıtdı.

Məhz Davos forumunda tarixi çıxış AKP - nin nüfuzunun yenidən bərpası üçün təkan oldu.

Artıq martın 29 da keçiriləcək bələdiyyə seçkilərinə AKP nin qalıb gələcəyi heç kimdə sübhə doğurmur.

Seçkilərdən sonra isə AKP - nin siyasi hadisələrin fondunda qalmış ana müxalifətə yeni sürprizi olacaq.

Heç şübhəsiz ki , söhbət konstitusiyanın dəyişdirilməsindən gedir. Konstitusiyaya edilən dəyişiklərdən sonra isə siyasi partiyaların bağlanılması bir o qədər də asan olmayacaq.

Məsələyə münasibət bildirən Baş nazir Ərdoğan da ölkə mətbuatına verdiyi açıqlamada yerli bələdiyyə seçkilərindən sonra Konstitusiyada qismən də olsa dəyişiklik ediləcəyini və bununla da siyasi partiyaların bağlanılması çətinləşəcəyini bildirib.

Bütün bunlar onu söyləməyə əsas verir ki , 29 mart bələdiyyə seçkiləri həm müxalifət həm də iqtidar üçün olduqca önəmlidir. Məhz bu seçkilər Türkiyənin gələcəyinin hansı siyasi blokun əlində olacağını təyin edəcək. Seçim isə xalqındır.   

Xəbər lenti

Xəbər lenti