...

Bakı Xəzəryanı dövlətlərin sammitinin keçirilməsinə hazırlaşır – nazir müavini

Siyasət Materials 8 İyul 2009 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir E.Tariverdiyeva /

Bakıda Xəzəryanı dövlətlərin sammitinin keçirilməsinə hazırlıq gedir, bu barədə çərşənbə günü Azərbaycan XİN-in 90 illiyinə həsr olunmuş beynəlxalq konfransda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə əsasən, regionun beş ölkəsi arasında məsləhətləşmələrin başa çatmasından sonra sammitin keçirilə tarixi müəyyən ediləcək.

İranın Xəzərin statusunun müəyyən edilməsi və onun 20 faizinin pay prinsipinə əsasən bölünməsi iddiasına toxunan Xələfov bildirib ki, sözügedən prinsip nə ikitərəfli, nə də çox tərəfli danışıqlarda müzakirə edilmir.

Sonuncu Tehran sammitinin yekunlarına əsasən birgə bəyannamə imzalanıb. Bəyannamə Xəzəryanı dövlətlərin prinsiplər toplusunu təşkil edir və Xəzərin hüquqi statusu ilə bağlı konvensiya hazırlanana qədər Xəzərlə bağlı məsələlərdə siyasi istiqamətverici sənəd olacaq. Bəyannamədə Xəzəryanı ölkələrin bu dənizə və onun resurslarına münasibətdə hüquqlarının suverenliyi, Xəzər hövzəsində regionun ekoloji probleminin həlli üçün birgə təxirəsalınmaz səylərin vacibliyi, Xəzər hövzəsində Xəzəryanı ölkə gəmilərinin yalnız milli bayraq altında üzməsi üzrə rejim təsdiq edilir. Sənəddə nüvə enerjisindən sülh məqsədilə istifadə etmə, həmçinin öz ərazisindən sahilyanı dövlətə qarşı hərbi əməliyyatlar aparılmasına imkan verməməya dair hüquqlar da təsdiqlənir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti