...

Avropa İttifaqı Əfqanıstandakı prezident seçkilərinə 100 müşahidəçi göndərəcək

Siyasət Materials 14 İyul 2009 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir Y.Ostapenko /

Avropa Komissiyası Əfqanıstanda prezident seçkilərini müşahidə etmək üçün 100 nəfərdən ibarət heyət göndərəcək, Aİ-nin rəsmi məlumatında deyilir.

Müşahidə heyətinin 17 ekspertdən ibarət əsas qrupu iyulun əvvəllərində ölkəyə gəlib və bu heyət bütün seçki prosesini izləyəcək. Heyətə Avropa Parlamentinin Fransadan olan üzvü Filipp Morillon (Philippe Morillon) başçılıq edəcək.

Əfqanıstanda prezident seçkiləri avqustun 20-nə planlaşdırılıb. Bu, ölkədə keçirilən ikinci demokratik seçki olacaq. Hazırki prezident Həmid Kərzayi ikinci müddətə seçilmək niyyətindədir, lakin korrupsiya və faktiki olaraq hər gün "Taliban"la mübarizə gedən ölkədəki qeyri-sabit vəziyyətə onun mövqeyini sarsıldıb.

"Qarşıdakı seçkilər Əfqanıstanın gənc demokratik quruluşu üçün vacib dönüş nöqtəsidir, belə ki, bu, əfqan xalqının özü tərəfindən keçirilən ilk seçki olacaq", - xarici siyasət və mehriban qonşuluq siyasəti üzrə Avropa komissarı Benita Ferrero-Valdner deyib.

Onun sözlərinə görə, Aİ-nin missiyası Əfqanıstana sabitlik və demokratiya yolunda dəstəklə bağlı daha bir aydın işarədir.

"Eyni zamanda bu seçkilər ölkədəki hazırki siyasi vəziyyət və təhlükəsizlik baxımından çətinlik yaradır, - Valdner bildirib. - Avropa Komissiyası tərəfindən təşkil olunan müşahidə heyəti ən çətin maddi-texniki və təhlükəsizlik şərtləri altında işləyəcək."

Aİ 2005-ci ildə də Əfqanıstanda keçirilən seçkiləri dəstəkləyib. Seçki prosesini dəstəkləmək üçün 17,5 milyon avro ayrılmışdı.

Avropa Komissiyasının 2002-ci ildən Əfqanıstana ümumi köməyi 247 milyon avro dəyərində humanitar yardım da daxil olmaqla, 1,6 milyard avro təşkil edir.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti