...

Azərbaycanda son iki ildə məişət zorakılığı nəticəsində 45 qadın, o cümlədən, 4 azyaşlı qız dünyasını dəyişib - daxili işlər nazirinin müavini

Siyasət Materials 2 Dekabr 2009 13:47 (UTC +04:00)
Azərbaycanda son iki ildə məişət zorakılığı nəticəsində 45 qadın, o cümlədən, 4 azyaşlı qız dünyasını dəyişib, Trend News-un məlumatına görə, bunu çərşənbə günü Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək" mövzusunda keçirilən dinləmələrdə daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.
Azərbaycanda son iki ildə məişət zorakılığı nəticəsində 45 qadın, o cümlədən, 4 azyaşlı qız dünyasını dəyişib - daxili işlər nazirinin müavini

Azərbaycan, Bakı, 2 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda son iki ildə məişət zorakılığı nəticəsində 45 qadın, o cümlədən, 4 azyaşlı qız dünyasını dəyişib, Trend -un məlumatına görə, bunu çərşənbə günü Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək" mövzusunda keçirilən dinləmələrdə daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

"2007-ci ilin yanvarın 1-dən 2009-cu ilin noyabrınadək qadınlara qarşı 17 354 cinayət faktı qeydə alınıb. Onun 11 min 389-u şəxsiyyət əleyhinə olan cinayətlərdir. 7774-ü döymə, 388-i 16 yaşına çatmayan qızlarla cinsi əlaqəyə girmədir. Bu dövrdə 45 qadın, o cümlədən, 4 azyaşlı qız məişət zorakılığı nəticəsində dünyasını dəyişib", - Zalov deyib.

Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onu yenidən işlənməsi üçün geri qaytarıb.

BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə, noyabrın 25-i qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur. BMT, ATƏT və Avropa Şurası Azərbaycanda məişət zorakılığının qarşısını almaq üçün xüsusi qanunun qəbulunu vacib sayır.

Nazir müavininin sözlərinə görə, hesabat dövründə məişət zorakılığı ilə mübarizədə səhlənkarlıq edən 10-larla polis əməkdaşı cəzalandırılıb.

DİN-in "102" qaynar xəttinə gün ərzində 1500-2000 zəng daxil olur ki, bunun da 30-40 faizi qadınlar tərəfindən edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti