...

İran Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir - İranın XİN rəhbəri

Siyasət Materials 3 Dekabr 2009 12:43 (UTC +04:00)
Azərbaycanın İrandakı səlahiyyət müddəti bitmiş səfiri Abbasəli Həsənov ötən gün İranın xarici işlər Naziri Mənuçöhr Müttəki ilə görüşüb. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
İran Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir - İranın XİN rəhbəri

Azərbaycanın İrandakı səlahiyyət müddəti bitmiş səfiri Abbasəli Həsənov ötən gün İranın xarici işlər Naziri Mənuçöhr Müttəki ilə görüşüb. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Görüşdə Müttəki İran və Azərbaycan arasında sıx əlaqələrin olmasında hər iki ölkə səfirinin böyük rolunu vurğulayaraq, ölkə rəhbərlərinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istəyini qeyd edib və ötən illərdə bu sahədə çox yaxşı nəticələr əldə olunduğunu əlavə edib.

Müttəki əlavə edib ki, İran və Azərbaycan arasında müştərək dini, tarixi, mədəni bağlılıqları var və iki ölkə arasında mövcud əlaqələrin inkişafı bəzi xarici qüvvələrin həsədinə baxmayaraq, ölkə rəsmilərinin iradəsi ilə daha da inkişaf etdiriləcək.

Həsənov İran Xarici İşlər Nazirliyinə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin artmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və deyib ki, iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün potensial mövcuddur.

Xəbər lenti

Xəbər lenti