...

Azərbaycanın bir neçə müxalifət partiyası parlament seçkilərində iştirakla bağlı müzakirələr aparır

Siyasət Materials 8 Dekabr 2009 17:05 (UTC +04:00)
"Biz artıq partiyalar arasında müzakirələrə başlamışıq və bələdiyyə seçkilərindən sonra proses daha da sürətlənəcək", - çərşənbə axşamı Trend News-a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.
Azərbaycanın bir neçə müxalifət partiyası parlament seçkilərində iştirakla bağlı müzakirələr aparır

Azərbaycan, Bakı, 08 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə müxalifət partiyası parlament seçkilərində iştirakla bağlı müzakirələr aparır.

"Biz artıq partiyalar arasında müzakirələrə başlamışıq və bələdiyyə seçkilərindən sonra proses daha da sürətlənəcək", - çərşənbə axşamı Trend -a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Bundan əvvəlki seçki 2005-ci ilin noyabr ayında keçirilib. Parlament seçkiləri 125 dairədə keçirilir.

Ağazadənin sözlərinə görə, aparıcı müxalifət partiyalarının parlament seçkilərində birgə iştirakı cəmiyyətin də sifarişidir. "Müxalifətin bu seçkilərdə iştirakı ilə bağlı kifayət qədər təkliflər var və biz müzakirələr nəticəsində ortaq məxrəcə gəlməliyik", - partiya sədri əlavə edib.

Onun fikrincə, müxalifət partiyaları arasındakı indiki münasibətdən asılı olmayaraq, parlament seçkilərində vahid mövqedən çıxış etmək zəruridir.

"Biz bir partiya olaraq bütün narazılıqları unudub bir neçə partiyanın seçkidə birgə iştirakının mümkün variantlarını hərtərəfli müzakirə etməyə hazırıq", - Ağazadə vurğulayıb.

Seçkilərdə müxalifətin vahid namizədlər siyahısı ilə iştirakı məsələsinə gəldikdə, millət vəkili deyib ki, hələlik bununla bağlı ciddi müzakirələr aparılmır.

"Amma vahid siyahının müəyyənləşdirilməsi də mümkündür. Fikrimcə, Azərbaycanda demokratiyanın daha da inkişafını istəyən müxalif siyasi qüvvələr parlament seçkilərində birgə iştirak edə biləcəklər", - Ağazadə qeyd edib.

Müхаlifəti təmsil еdən Ümid Pаrtiyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаriyаsınа birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti