...

AŞ Konqresinin nümayəndə heyəti bələdiyyə seçkilərinədək Azərbaycanın müxalifət liderləri ilə görüşəcəyinə ümid edir

Siyasət Materials 22 Dekabr 2009 11:40 (UTC +04:00)
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti 23 dekabr bələdiyyə seçkilərinədək Azərbaycanın müxalifət liderləri ilə görüşəcəyinə ümid edir. Bu barədə AŞ-nin rəsmi saytında yayılmış məlumatda deyilir.
AŞ Konqresinin nümayəndə heyəti bələdiyyə seçkilərinədək Azərbaycanın müxalifət liderləri ilə görüşəcəyinə ümid edir

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir R.Daraxşan/

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqressinin nümayəndə heyəti 23 dekabr bələdiyyə seçkilərinədək Azərbaycanın müxalifət liderləri ilə görüşəcəyinə ümid edir. Bu barədə -nin rəsmi saytında yayılmış məlumatda deyilir.

"Biz təəssüf edirik ki, Konqres nümayəndələrinin Azərbaycanın müxalifət liderləri ilə görüşmək və 23 dekabr bələdiyyə seçkilərinədək vəziyyəti müzakirə etmək imkanı olmayıb. Nümayəndə heyəti müxalifəti dinləmək üçün hazırdır və ölkənin siyasi liderləri ilə sərbəst və açıq diskussiyaya böyük əhəmiyyət verir", - nümayəndə heyətinin başçısı Qaye Doğanoğlu bazar ertəsi deyib.

Doğanoğlu Konqresin nümayəndə heyəti adından müxalifət partiyalarının liderlərinə dekabrın 23-dək nümayəndə heyəti ilə görüşməyi bir daha məsləhət görüb.

Xəbər lenti

Xəbər lenti