...

Azərbaycan Prezidenti bir sıra məhkumların əfv olunması haqqında sərəncam verib

Siyasət Materials 25 Dekabr 2009 20:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti bir sıra məhkumların əfv olunması haqqında sərəncam verib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərdən 89-u, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 3-ü, cərimə cəzasına məhkum edilmiş şəxslərdən 6-sı əfv olunub. Əfv olunanlar sırasında 3 Əfqanıstan, 2 İran İslam Respublikası, hərəsinə 1 olmaqla Nigeriya, Rusiya Federasiyası, Çin Xalq Respublikası və Makedoniya vətəndaşları da var.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1968-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Rəhimova Xatirə Vasil qızının cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti