...

Əfqanıstanda "əl-Qaidə" üzvü olan Azərbaycan vətəndaşı həbs edilib

Siyasət Materials 2 Yanvar 2010 14:15 (UTC +04:00)
Əfqanıstanda "əl-Qaidə" üzvü olan Azərbaycan vətəndaşı həbs edilib.
Əfqanıstanda "əl-Qaidə" üzvü olan Azərbaycan vətəndaşı həbs edilib

Azərbaycan, Bakı, 02 yanvar / Trend , müxbir T.Cəfərov/

Əfqanıstanda "əl-Qaidə" üzvü olan Azərbaycan vətəndaşı həbs edilib.

"Əl-Qaidə" ilə əməkdaşlıqda günahlandırılan Bakı sakini Sirac Ağafərəc oğlu Əfqanıstanda ölkənin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Məlumatı Əfqanıstanın "Avapress" agentliyi yayıb.

"Sirac Ağafərəc oğlu Əfqanıstanın Xoşt əyalətində özünü partlatmağa cəhd edərkən həbs olunub", - məlumatda deyilir. O, "əl-Qaidə"nin Siracəddin Həqqani qolunun üzvüdür. İlkin tədqiqatlar zamanı o, dini təhsil almaq üçün Bakıdan Pakistanın Küveytə şəhərinə getdiyini, oradan Pakistanın Mir Əli  regionunda olduğunu və orada il yarım hərbi təlim keçdiyini etiraf edib.

Xəbər lenti

Xəbər lenti