...

Azərbaycan Türkiyənin əsas müttəfiqi hesab edilir

Siyasət Materials 4 Yanvar 2010 17:25 (UTC +04:00)
Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı (USAK) əhali arasında sorğu keçirib və nəticədə respondentlərin 19,5 faizi Azərbaycanı Türkiyənin əsas müttəfiqi hesab edib. Bu barədə bazar ertəsi, Türkiyənin “Todayszaman” internet səhifəsində gedən məlumata istinadən AzərTAc Dövlət İnformasiya Agentliyində məlumat yayılıb.
Azərbaycan Türkiyənin əsas müttəfiqi hesab edilir

Azərbaycan, Bakı, 04 yanvar / Trend , müxbir M.Əliyev/

Ankarada yerləşən Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı (USAK) əhali arasında sorğu keçirib və nəticədə respondentlərin 19,5 faizi Azərbaycanı Türkiyənin əsas müttəfiqi hesab edib. Bu barədə bazar ertəsi, Türkiyənin "Todayszaman" internet səhifəsində gedən məlumata istinadən AzərTAc Dövlət İnformasiya Agentliyində məlumat yayılıb.

Sorğu Ankara, İstanbul, Adana və Trabzon şəhərlərində 2000 nəfər arasında aparılıb. Sorğuya əsasən, Azərbaycandan sonra, respondentlərin 13 faizi Bosniya və Herseqovinanı və 12,5 faizi isə ABŞ-ı Türkiyənin əsas müttəfiqi hesab edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti