...

Azərbaycan Parlamentinin deputatları ABŞ-da Dağlıq Qarabağın erməni icmasına yardım ayrılmasına etiraz edəcəklər

Siyasət Materials 18 Yanvar 2010 11:56 (UTC +04:00)
"Yanvarın 21-dən ABŞ-a başlayacaq səfərimiz zamanı Konqresin Dağlıq Qarabağ separatçılarına ayırdığı yardımla bağlı çox ciddi müzakirələr aparmaq niyyətindəyik", - bazar ertəsi Trend News-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Azərbaycan Parlamentinin deputatları ABŞ-da Dağlıq Qarabağın erməni icmasına yardım ayrılmasına etiraz edəcəklər

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları ABŞ-da Dağlıq Qarabağın erməni icmasına yardım ayrılmasına etiraz edəcəklər.

"Yanvarın 21-dən ABŞ-a başlayacaq səfərimiz zamanı Konqresin Dağlıq Qarabağ separatçılarına ayırdığı yardımla bağlı çox ciddi müzakirələr aparmaq niyyətindəyik", - bazar ertəsi Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Orucun sözlərinə görə, ABŞ Konqresi kitabxanasının dəstəyi ilə həyata keçirilən səfər zamanı yerli icma liderləri, qadın konqresinin təmsilçiləri ilə görüşlər nəzərdə tutulub. "Görüşlərimiz Vaşinqtonda və Kolorado ştatında keçiriləcək. Həmkarlarım Qənirə Paşayeva, Gülər Əhmədova və İqbal Ağazadə ilə birlikdə baş tutacaq səfərimiz zamanı senatorlarla da keçiriləcək görüşlərimizdə ABŞ-la Azərbaycan arasındakı münasibətlərə, Cənubi Qafqaz bölgəsindəki vəziyyətə dair müzakirələr aparılacaq", - millət vəkli əlavə edib.

Onun fikrincə, səfər çərçivəsində ABŞ-da fəaliyyət göstərən AzərbaycanTürkiyənin diaspor təşkilatlarının nümayəndələri ilə görüşlər də istisna olunmur. "ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Görüşlərimizdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ABŞ-ın səylərini daha da artırmasının zəruru olduğunu xüsusi qeyd edəcəyik", - Oruc vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti