...

Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş silahlı insident zamanı ölən zabitlərin adları açıqlanıb

Siyasət Materials 29 Yanvar 2010 16:21 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində baş vermiş silahlı insident zamanı ölən zabitlərin adları açıqlanıb.
Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş silahlı insident zamanı ölən zabitlərin adları açıqlanıb

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində baş vermiş silahlı insident zamanı ölən zabitlərin adları açıqlanıb.

Hərbi mənbənin Trend -a verdiyi məlumata görə, hadisə zamanı zabitlər - divizion komandiri polkovnik-leytenant Vasif Cumayev, qərargah rəisi polkovnik-leytenant Rəşid Həsənov, polkovnik-leytenant Asif Sadıqov, polkovnik-leytenant Vazeh Quliyev qətlə yetirilib.

Ölən əsgərlərin və yaralı zabitlərin adlarını öyrənmək hələlik mümkün olmayıb.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.

Sonra əsgərlər özlərini güllələyərək öldürüblər.

Respublika Hərbi Prokurorluğundan Trend -a verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Respublika hərbi prokurorunun müavini Şəfahət İmanovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb və qrup hazırda hadisə yerindədir.

Xəbər lenti

Xəbər lenti