...

Azərbaycan Prezidenti Koreyanın torpaq, nəqliyyat və dəniz işləri üzrə nazirini qəbul edib

Siyasət Materials 11 Mart 2010 15:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Koreya Respublikasının torpaq, nəqliyyat və dəniz işləri üzrə naziri Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Koreyanın torpaq, nəqliyyat və dəniz işləri üzrə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Koreya Respublikasının torpaq, nəqliyyat və dəniz işləri üzrə naziri Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Koreyalı nazirin azərbaycanlı həmkarları ilə yaxşı əlaqələr yaradacağına ümidvar olduğunu bildirən dövlətimizin başçısı, əməkdaşlığımızı genişləndirmək üçün görüləcək əlavə tədbirlərin müəyyənləşdirilməsi baxımından səfərin əhəmiyyətli olduğunu qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda Koreya ilə birgə fəaliyyəti inkişaf etdirmək üçün böyük planların olduğunu vurğulayıb. Artıq Koreyadan olan bir sıra şirkətlərin ölkəmizdə fəal çalışdıqlarını qeyd edən dövlətimizin başçısı, onların sayının artacağına ümidvar olduğunu bildirib.

Koreyanın torpaq, nəqliyyat və dəniz işləri üzrə naziri Çanq Conq Hoan ölkəmizə ilk dəfə səfər etdiyini və burada görülən işlərin ona xoş təsir bağışladığını deyib. Nazir Azərbaycan iqtisadiyyatının sürətli inkişafına Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunduğunu və dövlət başçısının ölkələrimiz arasında münasibətlərin inkişafına böyük maraq göstərməsinin əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti