...

Avrasiya Təhlükəsizliyi və Strateji Araşdırma Mərkəzinin direktoru türkiyəli jurnalist Mehmet Əli Biranda açıq məktub ünvanlayıb

Siyasət Materials 1 May 2010 14:48 (UTC +04:00)
Avrasiya Təhlükəsizliyi və Strateji Araşdırma Mərkəzinin direktoru (ATSAM) dierktoru Hatəm Cabbarlı Türkiyənin "Hürriyət" qəzetinin yazarı Mehmet Əli Biranda açıq məktub ünvanlayıb.
Avrasiya Təhlükəsizliyi və Strateji Araşdırma Mərkəzinin direktoru türkiyəli jurnalist Mehmet Əli Biranda açıq məktub ünvanlayıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir R.Hafizoğlu/

Avrasiya Təhlükəsizliyi və Strateji Araşdırma Mərkəzinin direktoru (ATSAM) dierktoru Hatəm Cabbarlı Türkiyənin "Hürriyət" qəzetinin yazarı Mehmet Əli Biranda açıq məktub ünvanlayıb.

Məktubda Cabbarlı erməni təbliğatı ilə məşğul olan Mehmet Əli Birandın Azərbaycanla bağlı yazılarında ciddi səhvlərə yol verdiyini bildirib.

Trend -in arayışı: Türkiyə ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi, iki qardaş ölkənin vahid mövqedən çıxış edərək müxtəlif güc mərkəzlərinin təzyiqlərinə ləyaqətlə davam gətirməsi, prinsipial mövqedən geri çəkilməməsi antitürkiyə və antiazərbaycan qüvvələri bərk narahat edir.

Türkiyəli yazar Mehmet Əli Birand davamlı olaraq antiazərbaycan təbliğatı aparır, Türkiyə ilə Azərbaycan arasında ziddiyyətlər olduğunu isbat etməyə çalışır, öz primitiv məntiqi ilə Azərbaycanın Türkiyənin maraqlarının müdafiəsi istiqamətində heç nə etmədiyini bildirir. Birandın "Hürriyyət" qəzetinin 15 aprel 2010-cu il tarixli sayında dərc olunmuş məqaləsində irəli sürdüyü iddialara Azərbaycan mətbuatı əsaslandırılmış arqumentlərlə cavab verdi. Lakin onun "Hürriyyət"in 28 aprel tarixli nömrəsində dərc olunmuş məqaləsi göstərir ki, bu şəxs qərəzli şəkildə Azərbaycan-Türkiyə münasibətlərini təftiş etmək, imkan daxilində mövcud əlaqələrə zərbə vurmaq üçün təlimatlandırılıb.

"Birandın yazısında bir çox səhvlər var. Bu səhvləri tapmaq və düzəliş etmək yorucu oldu. Birand istərsə, ona tarix dərsi və türk qrammatikası dərsi verə bilərəm. Ən azından gözəl türk dilimizin təhrif edilməməsi və cəmiyyətin səhv istiqamətdə aparılmaması üçün. Ciddi səhvə yol verən Birand köçürmək istedadına da malik deyil. Ən azından diqqət yetirməsi lazım idi. Azəri deyə bir millət yoxdur, Azərbaycan türkü var. Türkiyəli yazar Dağlıq Qarabağın muxtariyyət statusunun 1989-cu ildə Azərbaycan Parlamenti tərəfindən ləğv edildiyini yazmaqla, ciddi səhvə yol verib", - açıq məktubda mərkəz direktoru deyib.

Açıq məktubun tam mətnini oxumaq üçün www.atsam.org .linqinə baxa bilərsiniz.

Xəbər lenti

Xəbər lenti