...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNİSEF-in regional direktoru Stiven Allen ilə görüşüb

Siyasət Materials 14 May 2010 20:14 (UTC +04:00)
Cümə günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakıda səfərdə olan YUNİSEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Allen ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNİSEF-in regional direktoru Stiven Allen ilə görüşüb

Cümə günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Bakıda səfərdə olan YUNİSEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Allen ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qonağı səmimi salamlayan Mehriban xanım Əliyeva son illər Azərbaycan ilə YUNİSEF arasında sıx əlaqələrin və səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. Azərbaycanda qadın və uşaq hüquqlarının qorunması sahəsində böyük işlərin görüldüyünü vurğulayan Mehriban xanım Əliyeva bu sahədə YUNİSEF kimi təşkilatların dəstəyinin vacib olduğunu söyləyib.

Heydər Əliyev Fondu ilə YUNİSEF arasında işgüzar əlaqələrin qurulduğunu diqqətə çatdıran Mehriban xanım Əliyeva, hər iki təşkilatın birgə layihələr həyata keçirdiyini qeyd edib.

Azərbaycanın birinci xanımı bu görüşdən sonra ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.

Bir neçə gündür Bakıda olduğunu deyən YUNİSEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Allen qeyd edib ki, Heydər Əliyev Fondunun fəaliyyəti ilə daha yaxından tanış olmaq arzusundadır.

Görüşdə Fond ilə YUNİSEF arasında mövcud əlaqələr və görüləcək işlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti