...

Qırğızıstandan olan qaçqınların ərzağa və ilkin tələbat əşyalarına ehtiyacları var – Qırmızı Xaç Komitəsi

Siyasət Materials 16 İyun 2010 17:18 (UTC +04:00)
Hazırda qonşu Özbəkistanda yerləşdirilən Qırğızıstandan olan qaçqınların ərzağa və ilkin tələbat əşyalarına ehtiyacları var. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mətbuat katibi Aygül Şafiqulina Bişkəkdə bildirib.
Qırğızıstandan olan qaçqınların ərzağa və ilkin tələbat əşyalarına ehtiyacları var – Qırmızı Xaç Komitəsi

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir V.Javoronkova/

Hazırda qonşu Özbəkistanda yerləşdirilən Qırğızıstandan olan qaçqınların ərzağa və ilkin tələbat əşyalarına ehtiyacları var. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) mətbuat katibi Aygül Şafiqulina Bişkəkdə bildirib.

"Onların [qaçqınların] ərzağa və ilkin tələbat əşyalarına ehtiyacları var və BQXK Özbəkistan Milli Qırmızı Aypara Cəmiyyəti və digər humanitar təşkilatlarla birgə bu qaçqınlara humanitar yardımların təşkilini Özbəkistan hökuməti ilə müzakirə edir", - Şafiqulina Bişkəkdən telefonla Trend-ə bildirib.

Qırğızıstanda Bakiyev hakimiyyətinin devrilməsi ilə nəticələnən toqquşmalar bu ilin aprelindən başlayıb. İğtişaşların yeni dalğası iyunun 11-nə keçən gecə başlayıb. Hakimiyyət indiyədək vəziyyəti nəzarət altına ala bilməyib. Son məlumatlara görə, etnik toqquşmaların gedişində ölənlərin sayı 200 nəfərə çatıb, iki minə yaxın yaralı var. Ölkənin cənubundakı toqquşmalar nəticəsində respublikada çoxlu sayda insan qaçqın və məcburi köçkün düşüb.

"Bizim hesablamalarımıza görə, təxminən 100 minə yaxın qaçqın Qırğızıstandan Özbəkistan sərhəddini keçib, - Şafiqulina bidirib. - Özbək tərəfinin rəsmi məlumatına görə, uşaqlar nəzərə alınmadan 45 min yaşlı qaçqın qeydiyyatdan keçib və birlikdə onların sayı 100 minə yaxın təşkil edir".

Onun sözlərinə görə, qaçqınlar qeyri-mütəşəkkil qaydada 40 düşərgədə, eləcə də fabriklərdə, məktəblərdə, dayanacaqlarda və ya qohumlarının yanında məskunlaşıblar, onların əksəriyyəti qadın və uşaqlardır.

Qaçqınlardan başqa, Qırğızıstanda daxili məcburi köçkün şəxslər də var ki, onlar öz evlərini tərk etsələr də ölkə sərhədlərini keçməyiblər.

"Biz bilirik ki, Özbəkistan sərhədi yaxınlığındakı Cəlalabad vilayətinin Suzak rayonunda 50 minə yaxın, Oş vilayətində isə təqribən 8 min daxili məcburi köçkün var", - Şafiqulina bildirib.

Onun sözlərinə görə, altı gün ərzində BQXK 1130-dən artıq xəstənin müalicə olunduğu 16 tibb müəssisəsini gəzib və oraya tibbi ləvazimatlar, ilkin tibbi yardım göstərmək üçün vasitələr və müxtəlif cərrahi alətlər çatdırıb.

"Bu gün əməkdaşlarımız daxili məcburi köçkünlərin olduqları Suzaka getməlidirlər, onlar vəziyyəti qiymətləndirməli və tibbi yardım çatdırmalıdırlar. Məsələn, bizdə olan məlumatlara görə, Əmir Teymur kəndində çoxlu sayda daxili məcburi köçkün var", - o deyib.

Onun sözlərinə görə, vəziyyəti qiymətləndirnək üçün su təchizatı mütəxəssisləri də oraya yollanıblar, çünki əsas problemlərdən biri də bu rayonlarda içməli suyun olmamasıdır.

Şafiqulina bildirib ki, ümumilikdə Cəlalabad və Oşda vəziyyət nisbətən sabitdir və bu, Qırmızı Xaç komandalarını səfərlər etməyə imkan verir. İndiyədək təşkilatın əməkdaşlarının oraya getməsi üçün lazımi təhlükəsiz şərait yox idi.

Xəbər lenti

Xəbər lenti