...

Polşa və Azərbaycan XİN rəhbərləri ikitərəfli görüşlər keçirəcəklər

Siyasət Materials 16 İyul 2010 11:43 (UTC +04:00)
Polşanın xarici işlər naziri Radoslav Sikorski azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Almatıda ATƏT-in xarici işlər nazirlərinin qeyr-rəsmi sammiti zamanı ikitərəfli görüş keçirəcək, - Polşanın xarici siyasət idarəsinin məlumatında deyilir.
Polşa və Azərbaycan XİN rəhbərləri ikitərəfli görüşlər keçirəcəklər

Аzərbaycan, Bakı, 16 iyul /Trend, müxbir А.Qasımova/

Polşanın xarici işlər naziri Radoslav Sikorski azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Almatıda ATƏT-in xarici işlər nazirlərinin qeyr-rəsmi sammiti zamanı ikitərəfli görüş keçirəcək, - Polşanın xarici siyasət idarəsinin məlumatında deyilir.

Həmçinin, Polşanın xarici işlər naziri qazax həmkarı Kanat Səudabayevlə görüşəcək.

İyulun 16-17-də Almatıda ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti təşkil olunacaq. Görüş zamanı "Korfu prosesi" fonunda gələcək Avropa təhlükəsizliyi məsələsi, o cümlədən, münaqişələrin həlli və nizama salınmasında ATƏT-in rolu, insan hüquqları və əsas azadlıqlar,  həmçinin, ATƏT-in effektivliyinin artırılması və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti