...

Bakıda Azərbaycan və ABŞ arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 8 Sentyabr 2010 15:59 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanovu qəbul edib.
Bakıda Azərbaycan və ABŞ arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanovu qəbul edib. Məlumatı çərşənbə günü XİN-in mətbuat xidməti yayıb.

Görüşdə Azərbaycan-ABŞ münasibətləri, Cənubi Qafqaz regionunda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bu istiqamətdə aparılan danışıq prosesinin cari vəziyyəti müzakirə edilib.

Həmçinin görüş zamanı tərəflər regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Kaydanov çərşənbə günündən Azərbaycanda rəsmi görüşlərinə başlayıb.

Xəbər lenti

Xəbər lenti