...

Azərbaycan MSK parlament seçkilərində iştirak etmək üçün daha 7 namizədin müraciətini təmin edib

Siyasət Materials 17 Oktyabr 2010 18:25 (UTC +04:00)
Bazar günü Azərbaycan Mərkəzi Seçki Komissiyası Milli Məclisə (Parlament) seçkilər qabağı namizədlərin müraciətlərini müzakirə edib.
Azərbaycan MSK parlament seçkilərində iştirak etmək üçün daha 7 namizədin müraciətini təmin edib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxb. M.Əliyev/

Bazar günü Azərbaycan Mərkəzi Seçki Komissiyası Milli Məclisə (Parlament) seçkilər qabağı namizədlərin müraciətlərini müzakirə edib.

Nəzərdən kemirilmiş 30 müraciətdən yeddisi təmin edilib. Bu şəxslərin qeydiyyata salınması barədə qərar qəbul olunub.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Bazar günü MSK-nın iclası zamanı "AXCP-Müsavat" blokunun daha 4 səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti