...

İlham Əliyev Bosniya və Herseqovina xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 12 Yanvar 2011 18:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Bosniya və Herseqovina xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın ölkəmizə ilk səfərinin qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğunu vurğulayaraq, bu səfərin uğurlu olacağına və əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradacağına əminliyini bildirib. İkitərəfli münasibətləri genişləndirməyin zəruriliyini vurğulayan dövlət başçısı bu əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycan ilə Bosniya və Herseqovinanın dost ölkələr olduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı imkanlar yarandığını bildirib.

Ölkəmizə ilk dəfə gəldiyini deyən Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay bu səfərin ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu söyləyib. O, Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, eləcə də ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirməyin vacibliyini bildirib. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirən nazir ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti